TuranBankla Almaniyanın maliyyə institutu olan Bank im Bistum Essen eG arasında mikromaliyyə portfelinin daha da genişləndirilməsi məqsədilə 3,5 mln. ABŞ dolları həcmində vəsaitin cəlb edilməsi üzrə yeni kredit müqaviləsi imzalanmışdır.
TuranBankla Bank im Bistum Essen eG arasında 1,5 mln. ABŞ dolları məbləğində ilk kredit sazişi 2011-ci ilin 11 Aprelində imzalanmışdır. Ümumilikdə Bankın bu maliyyə qurumu ilə əməkdaşlıq etdiyi layihələr çərçivəsində mikromaliyyələşmə məqsədlərinə 5 mln. ABŞ dolları həcmində vəsait cəlb edilmişdir.