4 C
Baku
Thursday, January 15, 2026

“TuranBank” böyüyüb, gəlirləri artıb

“TuranBank” ASC 2025-ci ili 1 milyon 223 min manat mənfəətlə başa vurub. 2024-cü ildə bank 2 milyon 496 min manat mənfəət əldə etmişdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Ötən il “TuranBank”ın gəlirləri 126 milyon 657 min manat (illik müqayisədə 14.4% çox), xərcləri isə 99 milyon 187 min manat olub. Əvvəlki ildə isə bankın gəlirləri 110 milyon 690 min manat, xərcləri 86 milyon 343 min manat olub.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu ilin yanvar ayının 1-nə “TuranBank”ın aktivləri 907 milyon 176 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 7% çoxdur. Bunun 706 milyon 053 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, Bankın kredit portfeli 8.3% böyüyüb.

Hesabat dövründə “TuranBank”ın öhdəlikləri 802 milyon 369 min manat, o cümlədən depozit portfeli 468 milyon 532 min manat, balans kapitalı isə 104 milyon 806 min manat olub.

Son xəbərlər
Digər xəbərlər