12 C
Baku
Saturday, November 23, 2024

“TuranBank” daha da böyüyüb, mənfəət əldə edib

“Turan Bank” ASC 2021-ci ili 668 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bank 684 min manat mənfəət etmişdir.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

2021-ci ildə “TuranBank”ın gəlirləri 48 milyon 994 min manat (illik müqayisədə 21.5% çox), xərcləri 47 milyon 80 min manat (20% çox), xüsusi ehtiyatlara ayırmaları 1 milyon 78 min manat təşkil edib. Bank 167 min manat mənfəət vergisi ödəyib.

BANK BÖYÜYÜB

Bu il yanvarın 1-nə “TuraBank”ın aktivləri 714 milyon 961 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 29.6% çoxdur. Bunun 436 milyon  445 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 24.3% böyüyüb.

KREDİT PORTFELİ ARTIB

Bankın 2021-ci ildə müştərilərə verdiyi istehlak kreditləri 49 milyon 5 min manatdan 92 milyon 514 min manata, biznes kreditləri 240 milyon 377 min manatdan 264 milyon 817 min manata, daşınmaz əmlak kreditləri 61 milyon 857 min manatdan 79 milyon 113 min manata çatıb.

DEPOZİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə “TuranBank”ın öhdəlikləri 33.2% artaraq 627 milyon 893 min manata, o cümlədən depozit portfeli 1.5 dəfə arataraq 417 milyon 452 min manata, balans kapitalı 8.2% artaraq 87 milyon 68 min manat olub.

Xatırladaq ki, “TuranBank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 55.3%-i 20 fiziki şəxsə, 44.7%-i isə 8 hüquqi şəxsə məxsusdur.

tr1 tr2

tr3 tr4

Son xəbərlər
Digər xəbərlər