Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti aksiyaya imza atıb.
Belə ki, Bank DOST Agentliyinin “Könüllü DOST” proqramı çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə autizm, daun sindromlu uşaqlar, həmçinin şəhid ailələrinin övladlarının sosial inteqrasiyasını təşviq etmək, onların yaradıcılıq və bacarıqlarını inkişaf etdirmək, həmçinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar cəmiyyətin diqqətini onların hüquqlarına və ehtiyaclarına yönəltmək məqsədilə tədbir keçirib.
50 nəfər həssas kateqoriyadan olan uşaqların iştirak etdiyi tədbir 3 istiqamətdə davam edib. “Dünyanı öz rənginə boya” adı altında uşaqlar strafor materialdan hazırlanmış böyük dünya üzərində xəyal dünyalarını əks etdirən şəkillər çəkib, tədbirin ikinci hissəsində isə uşaqlarla DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həyətində ekoterapiya fəaliyyəti həyata keçirilərək güllər əkilib. Tədbirin üçüncü hissəsində “Ritm hər kəs üçündür” adı altında rəqs master-klassı keçirilib. Sonda uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim edilib.
Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bundan sonra da Bank gələcəyimiz olan uşaqlara dəstək layihələrini, o cümlədən sosial həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalarını davam etdirəcək.
TuranBank
Bizimlə etibarlıdır…