7 C
Baku
Thursday, December 12, 2024

TuranBank ECO Ticarət və İnkişaf Bankından 3 milyon dollar həcmində kredit alıb

TuranBank kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi portfelinin genişləndirilməsi məqsədilə ECO Ticarət və İnkişaf Bankından 3 milyon dollar həcmində vəsait cəlb edib.

TuranBank-dan bildiriblər ki, bank və ECO Ticarət və İnkişaf Bankı arasında kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini (KOS) genişləndirmək məqsədilə 4 il müddətinə 3 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanıb. Beləliklə, Bankın müştərək layihələr həyata keçirdiyi xarici tərəfdaşları sırasına ECO Ticarət və İnkişaf Bankı da daxil olub.

ECO Ticarət və İnkişaf Bankının üzv dövlətləri Azərbaycan, İran, Pakistan, Əfqanıstan və Türkiyədir.

Azertag

Son xəbərlər
Digər xəbərlər