2015-ci ilin iyulun 1-nə TuranBankın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 38%, ilin əvvəlinə nisbətən isə 21% artaraq 388,8 mln. manat təşkil etmişdir.
Bankdan Banker.az saytına daxil olan məlumata əsasən, bankın kredit portfeli isə ötən ilin yanvar-iyun ayı ilə müqayisədə 28%, ilin əvvəlindən isə 16% artaraq 255,7 mln. manata çatmışdır.
1 iyul 2015-ci il tarixinə Bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 23%, ilin əvvəlinə nisbətən isə 20% artaraq 172,8 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 26,4%, cari ilin əvvəli ilə müqayisədə isə 14% artaraq 82,3 mln. manat olmuşdur.
2015-ci ilin iyul ayının 1-nə Bankın nizamnamə kapitalı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 50 mln. manat, məcmu kapitalı isə 52,3 mln. manat təşkil etmişdir.
2015-ci ilin yanvar-iyun aylarının fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 16,481 mln. manat, xərcləri isə 16,766 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın zərəri 285 min manat olmuşdur.







