“Turan Bank” ASC 2018-ci il üzrə aktivləri ilin son rübündə kiçilməyə başlayıb.
Banker.az bu barədə bankın 2018-ci il üzrə açıqladığı maliyyə hesabatına istinad edir.
Hesabata görə, ilin 3-cü rübündə cəmi aktivləri 513,97 mln. manata qədər artsa da son rübdə, əksinə, azalaraq 492,61 mln. manata kimi kiçilib. Hazırda kredit portfelinin cəmi aktivlərdəki çəkisi 64% təşkil edir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artım deməkdir. Belə ki, bu göstərici ötən il 57% idi.
“Turan Bank”ın cəmi öhdəlikləri hazırda 433,47 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4% artım olması deməkdir. Hazırda öhdəlikləri 253,79 mln. manatı müştərilərdən cəlb olunan depozitlərdir. Bank 2018-ci ilin 3-cü rübünə qədər depozitləri artaraq 253,31 mln. manat təşkil etmişdi.
Qeyd edək ki, bank 2018-ci il üzrə xalis mənfəəti cəmi 70 min manat olub. Lakin, bir faktı qeyd edək ki, bankın xalis mənfəəti I yarımillikdə 205 min manat civarında idi. Burdan görünür ki, bank II yarımillikdə 135 min manatlıq zərər edib.