16 C
Baku
Wednesday, November 5, 2025

TuranBank Lider təcili pul köçürmə sisteminə qoşuldu

“Lider” sistemi MDB və Baltik ölkələrində, həmçinin ABŞ, Böyük Britaniya, İsveçrə, Portuqaliya, Türkiyə, İsrail və Çin də daxil olmaqla dünyanın digər ölkələrində fəaliyyət göstərir. Köçürmə dollar, avro və rus rublu ilə həyata keçirilir. “Lider” sisteminin üstünlükləri arasında sürət və geniş əhatə coğrafiyasını, köçürmənin təhlükəlsizliyini, həmçinin rəqabətqabiliyyətli komisyon haqqını göstərmək olar. “Lider” sisteminin xidmətindən bankın bütün satış nöqtələrində yararlanmaq olar.

Bununla da, TuranBankın əməkdaşlıq etdiyi təcili pul köçürmə sistemlərinin ümumi sayı ona çatıb. Bank, “Lider”lə yanaşı, Western Union, Contact, Migom, Золотая Корона, Privat Мoney, Blizko, IBA-Express və Monex sistemləri üzrə xidmətlər təqdim edir.

Son xəbərlər
Digər xəbərlər