TuranBank 3-cü rübün yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.
Belə ki, bankın aktivlərinin həcmi 3-cü rübün sonuna 32 mln. manat artaraq 508 mln. manat təşkil edib. TuranBankın müvafiq dövr üçün öhdəliklərinin həcmi 453 mln. manat təşkil edirki,bununda 58% xarici valyutada olan öhdəliklər təşkil edir.
ELƏCƏ DƏ BAX: Azərbaycanda mobil operatorlarla bağlı yeni tələblər
Məlumat üçün bildirək ki, bankın fəaliyyəti bu il üçün qənaətbəxş səviyyəyə gəlib çatmamışdır. Belə ki, ilin əvvəlindən sentyabr ayının sonuna qədər olan dövr ərzində, bank müəyyən gəlir əldə etsədə, zərər nöqtəsini ötə bilməmişdir. Bankın 3-cü rübün sonuna yekun zərəri 1,1 mln. manat təşkil edir. Belə gedişatla bankın ilin sonuna mənfəətə çıxması real görünmür. Belə ki, bank 3-cü (yalnız bir rüb) rübün nəticəsinə görə 159 min manat mənfəət əldə edib. Eyni göstərici növbəti rübdə olsa , təbii ki onunla 1.1 mln. zərari bağlamaq mümkün olmayacaqdır. Məlumat üçün bildirək ki, bank 2-ci rübü -560 min zərərlə başa vurub.
Banker.azın verdiyi məlumata görə, bankın kapitalının həcmi 54 mln. manat təşkil edir. Buda öz növbəsində aktivlərin həcminin 10.6% təşkil edir.







