14 C
Baku
Saturday, November 15, 2025

TuranBank müştərilərə yeni xidmət təklif edir

TuranBank Böyük Britaniyanın TaxFree4U şirkəti ilə imzaladığı müqavilə çərçivəsində müştərilərinə Tax Free xidmətini təklif edir. Bankın təklif etdiyi bu xidmət ən aşağı komisyon haqqı müqabilində müştərilərin Avropada etdikləri alış-verişlər üzrə tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) qısa zaman ərzində geriyə qaytarılmasını təmin edir. Bu xidmət vasitəsilə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya kimi dövlətlərə səfər etmiş Bank müştəriləri həmin ölkələrdə alış-veriş zamanı ödədikləri ƏDV 19%-dək hissəsini operativ şəkildə geri almaq imkanı qazanırlar.

Xidmət haqqında daha geniş məlumatı Bankın saytında əldə etmək mümkündür:  http://turanbank.az/ferdi-bankchiliq/plastik-kartlar/tax-free/

Son xəbərlər
Digər xəbərlər