10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit xətti almışdır

®TuranBank və ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 2 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanıb. Cəlb olunan vəsaitlər TuranBanka istər üzv, istərsə də digər ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.

Məlumat üçün qeyd edək ki, ECO Ticarət və İnkişaf Bankı ilə imzalanmış müqavilə sayca üçüncü sazişidir. Belə ki, bankımız əvvəlki illərdə də bu maliyyə qurumundan kiçik və orta sahibkarlığın (KOS) və ticarətin maliyyələşdirilməsi  üçün maliyyə vəsaiti cəlb etmişdi.

ECO Ticarət və İnkişaf Bankının üzv dövlətləri Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. Bank region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.

 

TuranBank 

Bizimlə etibarlıdır. 

 

Son xəbərlər
Oxşar xəbərlər