“TuranBank” səhmdarları toplaşır

“Turanbank” ASC-nin səhmdarlarının ümumi yığıncağının növbəti iclası iyunun 29-na təyin olunub.

Banker.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, iclas bankın baş ofisində keçiriləcək. İclasın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Turan Bank”ın ümümi səhmdar kapitalı 55 mln. Azərbaycan manatıdır. Hazırda səhmlərin 71,6 faizlə 21 fiziki şəxs və 28,4 faizinə isə 6 hüquqi şəxs nəzarət edir.

Bank ölkədə baş verən devalvasiyalardan sonra 3 ildir ki zərərlə işini davam etdirir. Ötən ilin sonunda bank 1,3 mln. zərər edib.