10 C
Baku
Wednesday, December 11, 2024

TuranBank şəhid ailələri və qazilərimizə Novruz sovqatları paylayıb

®Ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazilərimiz və şəhidlərimizin ailələri hər zaman diqqət və qayğı mərkəzindədir.

TuranBank da hər zaman şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan bankımız Novruz bayramı ərəfəsində “YAŞAT” Fondu ilə birlikdə şəhid ailələri və qazilərimizə bayram sovqatları paylayıb.

Bankın maliyyə dəstəyi ilə hazırlanmış bayram sovqatlarından ibarət qutular şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə təqdim edilib. 

“YAŞAT” Fondunun həyata keçirdiyi bu layihənin  məqsədi müvafiq kateqoriyadan olan şəxslərin daima, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması,  onların sosial qayğı ilə əhatə olunmasıdır.

Qeyd edək ki, vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalan TuranBank bundan sonra da ərazi bütövlüyümüzün müdafiəsilə əlaqədar yaralananların və şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.

Bildirmək istərdik ki, bankımız bundan öncə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan YAŞAT Fonduna 100 000 (Bir yüz min) manat məbləğində vəsait köçürüb. 

2 sovqat

TuranBank 

Bizimlə etibarlıdır 

Son xəbərlər
Digər xəbərlər