-3 C
Baku
Sunday, December 15, 2024

“TuranBank” səhmdarlarının toplantısı keçiriləcək

TuranBank Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası 28 iyun 2024-cü il tarixdə, saat 15:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, İ.Qutqaşınlı 85 ünvanında keçiriləcəkdir.

Banker.az xəbər verir ki, iclasın gündəliyi ictimaiyyətə açıqlanmayıb.

Nümayəndə vasitəsi ilə təmsil olunacaq səhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək Banka təqdim edilməsi xahiş olunur.

Ünvan Bankın Mərkəz Ofisi, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi 85-dir.

İclasın gündəliyi bildirişə əlavə olunaraq səhmdarlara göndərilmişdir. Gündəlik üzrə məlumatları yuxarıda qeyd edilən ünvandan əldə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər