19 C
Baku
Sunday, May 19, 2024

TuranBankın aktivləri 16,59% artmışdır

2013-cü ilin dekabr ayının 1-nə TuranBankın aktivləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 16,59%, ilin əvvəli ilə müqayisədə isə 11,86% artaraq 242,823 mln. manat təşkil etmişdir. Hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 12,78%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 14,63% artaraq 181,893 mln. manata çatmışdır.

Cari ilin yanvar-noyabr ayları üzrə Bankın  müştəri hesabları və depozit portfeli 109,3 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri  2012-ci ilin analoji dövrü ilə müqayisədə 32,2% artaraq 57,884 mln. manat təşkil etmişdir.

1dekabr 2013-cü il tarixinə Bankın nizamnamə kapitalı 40 mln. manat təşkil etməklə ilin əvvəli ilə müqayisədə 33,34% artmışdır. Hesabat dövründə Bankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 43,61%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 33% artaraq 45,769 mln. manat təşkil etmişdir.

Bankın nizamnamə kapitalının strukturu ümumilikdə 27 səhmdar olmaqla – 5 hüquqi (23,84%) və 22 fiziki şəxsdən (76,16%) ibarətdir.

2013-cü ilin yanvar-noyabr ayları üzrə fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 25,110 mln. manat, xərcləri isə 20,234 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın balans mənfəəti  4,876 mln. manat olmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər