19 C
Baku
Sunday, May 19, 2024

TuranBankın aktivləri 417,7 mln. manat olub

2015-ci ilin 30 avqust tarixinə TuranBankın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50%, ilin əvvəlinə nisbətən isə 30% artaraq 417,7 mln. manat təşkil etmişdir. Bankın kredit portfeli isə ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 27%, ilin əvvəlindən isə 17% artaraq 258,8 mln. manata çatmışdır.

30 avqust 2015-ci il tarixinə Bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 33%, ilin əvvəlinə nisbətən isə 27% artaraq 182,4 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 25,2%, cari ilin əvvəli ilə müqayisədə isə 15,9% artaraq 83,7 mln. manat olmuşdur.

2015-ci ilin 30 avqust tarixinə Bankın nizamnamə kapitalı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 50 mln. manat, məcmu kapitalı isə 52,9 mln. manat təşkil etmişdir.

2015-ci ilin yanvar-avqust aylarının fəaliyyətinin nəticələrinə əsasən Bankın gəlirləri 23,3 mln. manat, xərcləri isə 23 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın mənfəəti 292,3 min manat olmuşdur.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər