21 C
Baku
Thursday, October 3, 2024

TuranBankın aktivləri 16,6% artdı

2014-cü ilin iyul ayının 1-nə TuranBankın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 16,6%, ötən ilin sonu ilə müqayisədə isə 15,3% artaraq 281,7 mln. manat təşkil etmişdir.

Banker.az xəbər verir ki, hesabat tarixinə Bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə isə 12% artaraq 199,2 mln. manata çatmışdır.

Cari ilin iyun ayının sonuna Bankın müştəri hesabları və depozit portfeli 140,3 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 25,6% artaraq 65,1 mln. manat təşkil etmişdir.

1 iyul 2014-cü il tarixinə Bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,5% artmışdır. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin sonu ilə müqayisədə 4,9%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 20,8% artaraq 53 mln. manat təşkil etmişdir.

2014-cü ilin yanvar-iyun ayı üzrə fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 15,7 mln. manat, xərcləri isə 12,1 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın balans mənfəəti 3,6 mln. manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər