23 C
Baku
Thursday, April 25, 2024

“TuranBank”ın aktivləri artıb

“Turan Bank” ASC 2019-cu ilin yanvar-mart ayları ərzində cəmi aktivləri 500,2 mln manat təşkil edib.

Banker.az bu barədə Bankın 2019-cu ilin ilk rübünə olan maliyyə hesabatına istinadən xəbər verir.

Ötən ilin oktyabr-dekabr aylarında  isə bu bankın cəmi aktivləri 492,61 mln min manat olub. Belə ki, 2018-ci ilin oktyabr-dekabr ayları ilə   müqayisədə bu il “Turan Bank”ın cəmi aktivləri 1,5 % və yaxud  7,6 mln manat artıb.

Bankın cəmi aktivlərində ən çox artım 314,701 mln manat olmaqla müştərilərə verilən kreditlərin və lizinqlərin məbləğində müşahidə olunur. 

“Turan Bank”ın cəmi öhdəlikləri isə 441,006 mln manat təşkil edib. Ötən ilin oktyabr-dekabr ayları ilə müqayisədə yanvar-mart ayları ərzində cəmi öhdəliklər 2 % artıb.Cəmi öhdəliklərində isə ən çox artım 235,76 mln manat olmaqla müştərilərin depozitlərinin payına düşür. 

Bildirək ki, bu bankın cəmi aktivləri yanvar-mart ayları ərzində 59,165 mln manat olub. Ötən ilin oktyabr-dekabr aylarında isə cəmi aktivlər 59,133 mln manat təşkil edib.

Xatırladaq ki, “Turanbank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,004 mln. manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.

 

 

 

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər