“TuranBank” ASC-nin ipoteka istiqrazlarına marağı artıb.
Banker.az xəbər verir ki, bu barədə bankın illik audit hesabatında deyilir.
bank 2020-ci ildə İpoteka və Kredit Zəmanəti Fondundunun istiqrazlarının həcmini son bir ildə 29.36 milyon manatdan, 44.25 milyon manata qədər artırmışdır.
Bununla belə, bankın aktivində 26.14 milyon manatlıq Mərkəzi Bankın istiqrazı, 17.08 milyon manat Sahibkarlığın İnkişafı Fondunun, 10.14 milyon manat Qara Dəniz Ticarət və İnkişaf Bankının, 8.05 milyon manatlıq AKİA-nın istiqrazları vardır.