“Turan Bank” ASC 2021-ci ilin ilk rübünü 105 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2020-ci ilin eyni dövründə 645 min manat mənfəətlə çıxmışdı.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Yanvar-mart aylarında “TuranBank”ın gəlirləri 10 milyon 339 minmanat (əvvəlki illə müqayisədə 0.9% çox), xərcləri 10 milyon 223 min manat (6% çox) təşkil edib. Ötən ilin 3 ayında isə bankın gəlirləri 10 milyon 251 min manat, xərcləri 9 milyon 657 min manat olub.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il aprelin 1-nə “Turan Bank”ın aktivləri 597.689 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 8.3% çoxdur. Bunun 356.093 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ilin 3 ayında Bankın kredit portfeli 1.4% böyüyüb.
DEPOZİTLƏRİ ARTIB
Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 9.7% artaraq 517 milyon 50 min manata, o cümlədən müştərilərin depozitləri 11% artaraq 311 milyon 107 min manata, cəmi kapitalı 0.3% artaraq 80 milyon 638 min manata çatıb.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb.