7 C
Baku
Saturday, April 13, 2024

“Turanbank”ın mənfəətində 6 qat artım

“Turanbank” 2019-cu ili 416 min manat mənfəətlə başa vurub. 2018-ci ilin müvafiq dövründə isə bankın mənfəəti 70 min manat olub. Belə ki, 2019-cu ildə Turanbankın mənfəəti 6 dəfə artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinad edərək bildirir.

2019-ci ildə Turanbankın faiz gəlirləri 34 milyon 912 min manat, faiz xərcləri 22 milyon 879 min manat, qeyri-faiz gəlirləri 3 milyon 794 min manat, qeyri-faiz xərcləri isə 14 milyon 726 min manat təşkil edib. Bankın ötən il xalis əməliyyat mənfəəti 1 milyon 100 min manat olub.

Ötən il Turanbankın cəmi aktivləri 489 milyon 538 min manat olub. Belə ki, 2018-ci ildə isə bu göstərici 492 milyon 606 min manat olub və aktivlərində cüzi azalma müşahidə olunub.  Bankın müştərilərə verdiyi kreditin məbləği isə 340 milyon 233  min manat olub ki, bu da 2018-ci ilin analoji dövrüylə müqayisədə kredit portfelinin 9% artması deməkdir.

2019-ci ilin dekabr ayında Turanbankda müştərilərinin depoziti 249 milyon 867 min manat təşkil edib. 2018-ci ilin eyni dövrünə nisbətən ötən il bankın depozit portfeli 1,5% azalıb.

Turanbankın cəmi öhdəlikləri illik müqayisədə 4% azalaraq 414,757 min manat, cəmi kapitalı isə 26,4% artaraq 74 milyon 781 min manat olub.

Son xəbərlər
Digər xəbərlər