“TuranBank” ASC 2025-ci ilin 1-ci rübünü 1 milyon 216 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə 112 min manat mənfəət əldə etmişdir ki, bu da illik müqayisədə 11 dəfəyə yaxın artımdır.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Yanvar-mart aylarında “TuranBank”ın gəlirləri 28 milyon 431 min manat (illik müqayisədə 13% çox), xərcləri isə 21 milyon 505 min manat olub. 2024-cü ilin 1-ci rübündə isə gəlirləri 25 milyon 250 min manat , xərcləri 21 milyon 397 min manat olub.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu il aprelin 1-nə “TuranBank”ın aktivləri 875 milyon 469 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 3% çoxdur. Bunun 666 milyon 946 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, Bankın kredit portfeli 2.3% böyüyüb.
Hesabat dövründə “TuranBank”ın öhdəlikləri 772 milyon 249 min manat, o cümlədən depozit portfeli 437 milyon 826 min manat, balans kapitalı isə 103 milyon 220 min manat olub.