10 C
Baku
Thursday, December 12, 2024

“TuranBank”ın mənfəəti 9 dəfədən çox artırıb

“TuranBank” ASC bu ilin II rübünü 1 milyon  710 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 185 min manat olub ki, bu da illik müqayisədə 9.2 dəfə artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-iyun aylarında “TuranBank”ın gəlirləri 33 milyon 770 min manat (illik müqayisədə 55% çox), xərcləri 29 milyon 579 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il iyulun 1-nə “TuranBank”ın aktivləri 788 milyon 732 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 10.3% çoxdur. Bunun 489 milyon 774 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bankın kredit portfeli 12.2% böyüyüb.

DEPOZİT PORTFELİ ARTIB

Hesabat dövründə “TuranBank”ın öhdəlikləri 11.4% artaraq 699 milyon 325 min manata, o cümlədən depozit portfeli 8% arataraq 450 milyon 882 min manata, balans kapitalı 3% artaraq 89 milyon 407 min manata çatıb.

Xatırladaq ki, “TuranBank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 55.3%-i 20 fiziki şəxsə, 44.7%-i isə 8 hüquqi şəxsə məxsusdur.

t1 t2 t3 t4

Son xəbərlər
Digər xəbərlər