2 C
Baku
Saturday, December 14, 2024

Turbo Kart – Sığortaya çox asan yol!

Ötən gün Park İnn otelində “Bakı Sığorta” ASC-nin və Bank Respublikanın birgə təqdim etdiyi coobrand “Turbo Kartının “ təqdimat mərasimi baş tutdu. Təqdimatda maliyyə sektorunda yeni məhsul hesab edilən bu kartın fərqli və üstün cəhətləri haqqında məlumat verildi. “Turbo Kartın” necə bir məhsul olmasını və digər məhsullardan nə ilə fərqləndiyini anlamanız üçün sizə “Bakı Sığorta” Şirkətinin İdarə heyətinin sədr müavini Ramin Məmmədovun çıxışını təqdim edirik.

“5 Oktyabr və saat 17:30. Bu anı yaşamaq üçün Bakı Sığorta, Bank Respublika və “Group Motors” əməkdaşları 1 ildir ki, çalışırlar. Mən ilk öncə bu məhsulun ərsəyə gəlməsində, fikirlərin və ideyaların formalaşmasında, püxtələşməsində rolu olan bütün insanları təbrik edirəm və  düşünürəm ki, bu gün ən böyük alqış həmin insanlara düşür.

“Bəzi dəyərlər vardır ki, biz onları sadəcə təqdimat şəklində, hazırlayaraq, təqdim edə bilmirik. Bu gün “Turbo Kart” o məhsullardandır. Ona görə çox qısa şəkildə sizə cəmi bir neçə slayddan ibarət təqdimat hazırlamışıq. Lakin əsas fikirləri sizə mən özüm çatdıracam. Bu gün burada sığortaya çox yaxın insanlar var, hər hansı suallarınız yaranarsa onları böyük məmnuniyyətlə cavablandırmağa hazıram”.

Ümumiyyətlə mənim düşüncəmdə sığorta inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan ölkələrdə mədəniyyət növüdür. Sığorta insanların həm bir –birinə qarşı şəxsi münasibətlərinə, həm onların yaşayış tərzlərinə çox ciddi şəkildə təsir edə bilən bir amildir. Təsəvvür edək ki, iki sığortalı və iki sığortasız insan avtomobillərini idarə etdikdə hər hansı bir qəza hadisəsi yaşayır. Qəza baş verdikdən sonra onların reaksiyası və bir-birilərinə qarşı davranışını gözünüzdə canlandırın. Sizcə nə baş verir? İki sığortalı insan bu hadisəyə olduqca rahat yanaşır, onlar avtomobillərindən enib, dəymiş zərəri nəzərdən keçirir, hətta bir-biriləri ilə səmimi tanışlıq münasibəti yarada bilirlər.  Çünki onlar bir-birinin qarşısında heç-bir öhdəlik daşımır, öhdəlik sığortanın boynundadır. Əks halda sığortasız insanlarda vəziyyət necə olur”.

Sığortasız avtomobillərdə qəza baş verdikdə isə hamımız bilirik sürücülər az qala bir-birinə düşmən kəsilir.

Sonra Ramin bəy, zaldakı auditoriyaya müraciət edir:  “Hamınızın geyim-keçiminə baxaraq belə düşünürəm ki, çətin ki aranızda kiminsə avtomobili olmasın. Bəs içərinizdən kim, öz avtomobilini könüllü sığortalayıb? Yəni sığortanın dəyərini anlayıb və dərk edib ki, bu onun özünə faydalıdır və lazımlıdır. Təbii ki, sualım Bakı Sığortanın əməkdaşları və müştərilərinə deyil, bizim burada çoxlu digər mötəbər qonaqlarımız da vardır”.

turbo55

Amma belə məlum oldu ki, qonaqlardan heç biri öz avtomobilini könüllü sığorta etdirməyib. Azərbaycan üçün təbii haldır.

“Deyəsən səbəb mənə bəllidir – Ramin bəy sözlərinə davam edir: – On il bundan öncə, vəziyyət belə idi ki, həm müştərilər, həm də şirkətlər bir-birini aldadırdı. Evlər gözlənilmədən, yalandan yanır, avtomobillər park yerlərində zədələr alırdı və şirkətlər ödənişlər etməyə məcbur idi. İnsanlar zəruri nağd pul ehtiyaclarını ödəmək üçün bu cür fırıldaqçı  hərəkətlərə yol verirdi. Şirkətlər də öz növbəsində min cür bəhanələrlə ödənişləri etməkdən yayınmağa çalışırdı. Bu səbəbdən də həmin sığorta mədəniyyətinin formalaşmasına uzun müddət ərzində imkan olmadı və əvəzinə sığortaya inamsızlıq kök saldı”.

“Lakin 2009-cu ildə sığorta qanunvericiliyində edilən  müəyyən dəyişiklik və bəzi sığorta növlərinin icbariləşməsi bu bazarda canlanma yaratdı. Bu icbari sığorta növləri bazar üçün bir növ parovoza çevrildi. “istəyin olmadığı, lakin məcburiyyətin” hökm aldığı bir yerdə insanlar istəmədən də olsa sığortaya müraciət etməli oldu və bu, bizə imkan verdi ki, onlara sığortanın əhəmiyyətini anladaq”.

“Amma hal-hazırda mən Azərbaycanda sığorta bazarının inkişaf etməməsinin ən başlıca səbəbini mən insanların sosial rifahında görürəm. Çünki aylıq büdcələrində ailələrin sığorta xərcləri yer tutmur. Bu uzun müddətdən bəri belə olub. Ümumiyyətlə insanların ehtiyaclarını biz dəyərləndirsək, bu ilk öncə yemək, içmək, isti yerdir, insanlar ilk növbədə bunun arxasınca qaçır. Belə ehtiyaclarını ödəyə bilməyənlər, digər ehtiyaclar haqqında düşünməyə vaxt ayırmır sadəcə. Digər tərəfdən mən düşünürəm ki, insanlar artıq öz maddi vəziyyətlərini əvvəlkinə nisbətən yaxşıladıb və yoxsulluq səviyyəsi də aşağı düşüb. Bu gün bizim insanlarımız o qədər də kasıb deyil. Onlar sığortaya müəyyən qədər vəsait ayıra bilər, amma yenə də inamsızlıq onların qarşısını alır.

•    Biz, Bakı Sığorta olaraq bu stereoptipləri qırmağa çalışdıq.

•    Biz  Azərbaycanda insanların sığorta bərədə düşüncələrini dəyişməyə çalışdıq.

•    Biz insanların sığorta bazarına baxışlarını dəyişməyə çalışdıq.

•    Biz sığorta bazarının özündə dəyişikliklər etməyə çalışdıq.

Bizim hal-hazırda təqdim etdiyimiz Turbo Kart təkcə sığorta bazarına təqdim edilən məhsul deyil, bu maliyyə bazarına ümumilikdə təsir edəcək məhsuldur, mən bunu belə dəyərləndirərəm.
Araşdırmalar göstərir ki, sığortalanmaq istəyən insanlar vardır ki, büdcələri bunu etməyə onlara imkan vermir. Həmçinin belə bir ənənəmizdə var ki, insanlar kredit götürdükləri zaman sığortalanmalıdır. Avtomobili kreditlə alan insanlar bununla mütləq şəkildə qarşılaşırlar.

Biz, bu ənənəni dəyişirik. Bu dəyişikliyin adı “Turbo Kart”-dır.

3turbo

Qısa şəkildə “Turbo Kart”-ın özündə hansı dəyərləri birləşdirdiyini demək istəyirəm.

Turbo KASKO nə deməkdir?

Kredit xətti   illik 9,69% faizlə -.

Ümumiyyətlə bank bazarında mövcud olmayan faizlərdir. Bunu bizə Bank Respublika təqdim edir

Grace Period – 45 gün

Faizlərin güzəşt olunduğu müddət -yəni bu müddət ərzində çəkdiyiniz pulları geri ödədikdə, heç bir faiz xərciniz olmur. Bu kartın maliyyə tərəfidir. Həmçinin ona bağlı olan sığorta tərəfləri də vardır.
Biz 5 ay öncə PR aksiyalarına başladıqda əsas məqsədimiz insanlarda KASKO sığorta haqqında assosiasiya yaratmaq idi. Biz “kasko” sözünü marketinq komandası olaraq insanların beyninə salmağa çalışdıq. Həmçinin “kasko”  sözünü “Bakı Sığorta ilə” biləşdirdik. Iİstədik ki, insanlar bilsin ki, “kasko”-nu ən mükəmməl şəkildə təqdim edən şirkət “Bakı Sığorta” şirkətidir

Mənim şəxsən özümün son iki həftə ərzində apardığım araşdırma və hətta tanımadığın insanlar ilə 5-dəqiqə müddətində edilən söhbətlər zamanı müəyyən oldu ki, insanlar artıq “kasko” -nun nə demək olduğunu anlayırlar.

Turbo KASKO özündə aşağıdakıları biləşdirir

  •  Hadisə zamanı  (hamımızdan uzaq) hadisə yerinə pulsuz evakuatorun çağırılması,
  • Pulsuz hüququ xidmət;
  • Azərbaycanın ən öndə gedən servis mərkəzi olan “Group Motors” servis mərkəzində təmir;
  • Təmir prosesinin təfərrüatları ilə bağlı insanların məlumatlandırılması (maşınlar hansı vəziyyətdir, nə vaxt təhvil veriləcək, hansı formada təhvil veriləcək və s);

Biz həm Turbo KASKO-nu və  bu gördüyünüz mükəmməl formatlı, Azərbaycanda ilk və tək olan kredit xəttini birləşdirdik və Azərbaycanın ilk və tək “Turbo Kartı”-nı yaratdıq.

“Turbo Kart” nədir və biz onu kimlərə verəcəyik?

Az öncə dediyim kimi, insanlar əvvəl kredit aldıqları üçün sığortalanırdı, indi isə sığortalandığı üçün kredit əldə edəcəklər.
Görünüşü ilə Bank bazarında  mövcud olan bütün məhsullardan fərqli, beynəlxalq dərəcəli Master Card ilə dəstəklənən və dünyanın hər yerində işlədilə bilən, Turbo Kart insanların sığorta haqlarını, bir başa yerindəcə ödəyə bilmədikdə bu kart vasitəsi ilə ilkin ödənişlərini edə biləcəklər.

Biz insanların “Mən sığorta haqqını ödəyə bilmirəm” adlı problemini həll etdik.

Düşünürəm ki, Bakı Sığorta ASC-nin, Bank Respublikanın və Group Motorsun”  öz müştərilərinə verdiyi dəyərin  sübutudur, həmçinin bizim yeni sloqanımızda  deyildi kimi “Qayğıkeş sığortaçı” olmağımızın bariz nümunəsidir.

Bu kart Bakı Sığorta şirkətinin belə miqyasda təqdimatını həyata keçirdiyi ilk məhsuldur

“Mən əminəm ki, bu gün bizə rəqib şirkətlər bu gecə yata bilməyəcəklər. Belə bir məhsulu yaratmaq üçün onlara uzun müddət vaxt lazım olacaq”- deyərək Ramin bəy çıxışını yekunlaşdırdı.

Kartı əldə etmək üçün bankda deyil, Bakı Sığorta şirkətinə yaxınlaşmaq lazımdır. Yəni siz avtomobilinizi sığortalayırsınız. Müəyyən bir sığorta haqqı təyin edilir və sizə onun bir neçə misli qismində kredit xətti olan kart təqdim edilir. Bu kart vasitəsi ilsə siz sığorta haqqını ödəyə bilərsiniz.  Bu kart avtomobilini bankdan kreditlə alanlara şamil edilmir. Çünki həmin avtomobil artıq sığortalanmış olur. Kartın əsas məqsədi də digər auditoriyanı cəlb etməkdir. Kredit xətti ilkin olaraq bir illik təqdim edilir. Sığorta müqavilənin müddətindən asılı olaraq, kredit müddəti uzadıla bilər. Sığorta haqqı 1500 manata qədər olan avtomobil sahiblərinə kreditin limiti Sığorta şirkətinin özündə təyin ediləcək. Lakin daha iri məbləğlərdə təhlil partnyor Bankda aparılacaq. Bununla yanaşı qeyd edək ki, Bakı sığorta şirkəti də artıq MKR-in xidmətlərindən yararlanacaq və kredit kartı verməzdən öncə sorğu ediləcək.

Kartın digər göstəriciləri, balansın artırılması və s isə Bank Respublikanın digər kartlarında olduğu kimidir.  Kart ödənişsiz verilir, tam sığortalıdır, itirdikdə və ya zədələndikdə yenisi ilə əvəz edilir.

Son xəbərlər
Digər xəbərlər