6 C
Baku
Sunday, December 15, 2024

Turbokart nədir?

Turbokart Bakı sığortanın təqdim etdiyi plastik kartdır. Turbo kartla siz heç bir ilkin ödəniş etmədən kreditlə sığorta haqqını tam ödəyə bilərsiniz.

Ödəyəcəyiniz sığorta haqqının 3 misli qədər isə illik 9.69%-lə partnyor bankdan (Bank Respublika ASC-dən) kredit xətti əldə etmək imkanı qazana bilərsiniz. Turbokartın sizlərə təqdim etdiyi kredit məhsulunu isə siz zaminsiz, arayışsız və girovsuz əldə edə bilərsiniz.

Kreditlə ödənilən sığorta haqqı və kredit xəttindən faydalanan məbləğ 45 gün müddətinə geri qaytarılarsa, bu zaman  heç bir faiz dərəcəsi də ödəməyəcəksiniz.

Turbokartın sizlərə təqdim etdiyi digər bir üstün cəhəti də var. Bəzən müştəri kredit götürmək istəmir, bu zaman o sığorta ödənişini 12 ay ərzində hissə-hissə ödəyir. Məsələn, illik sığorta ödənişi əgər 300 manatdırsa, müştəri bu məbləği hər ay 25 azn ödəməklə onlayn, post terminal və ya nəğd şəkildə həyata keçirir.

 “Turbo Kart” bizə hansı imkanları verir?

Bildiyiniz kimi, bu yaxınlarda arayışsız kreditlərin verilməsinə qoyulan məhdudiyyətlər hamı üçün gözlənilməz bir hal oldu. Və bu məhdudiyyətlərdən sonra insanlar müəyyən ehtiyaclarını ödəmək üçün  arayışsız kredit götürə bilmirdilər. Amma TurboKart  xidmətindən yararlanan insanlar sığorta olunandan sonra həm də həmin sığorta məhsulunun 3 misli qədər kredit almaq şansı da qazanırlar.

Bundan əlavə müştərilərə  hissə-hissə ödənilən sığorta məhsulları da təklif olunur. Məsələn, müştərilərə kasko sığortası iki şərtlə təklif edilir. Birinci şərt odur ki, əgər müştəri kasko sığortasını Turbo kartla əldə edirsə, bu zaman ona kredit xətti ayrılır. Yəni, müştəri öz avtomobilini sığortalayır və onun sığorta haqqının 5000 manatadək, yəni sığorta haqqının 3 misli qədər ona kredit xətti ayrılır. Əgər sığorta məbləği 300 manatdırsa, bu  zaman müştəriyə 1000 manat məbləğində pul ayrılır. Bu sığorta haqqı isə bizim partnyor bank tərəfindən Turbo kart kredit xətti ilə ayrılır. Həmin bu məbləğdən 300 azn sığorta haqqı üçün çıxılır, yerdə qalan 700 azn isə müştəriyə təqdim olunur. Bu məbləği də müştəri istədiyi müddət ərzində xərcləyə bilər. Həmin məbləği isə müştəri il ərzində qaytarmalıdır. Əgər 45 gün ərzində qaytararsa bu zaman bu kredit faizsiz olaraq müştəriyə təklif olunur. Lakin il ərzində geri qaytardıqda isə bu kredit 9,69 %-lə müştərilərə təklif olnur. Bu faiz dərəcəsi isə çox aşağıdır. Ümumiyyətlə bank bazarında mövcud olmayan faizlərdir. Bunu isə Bank Respublika təqdim edir.

İkinci şərt odur ki, bəzən müştəri kredit götürmək istəmir, bu zaman o sığorta ödənişini 12 ay ərzində hissə-hissə ödəyir. Məsələn, illik sığorta ödənişi əgər 300 manatdırsa, müştəri bu məbləği hər ay 25 azn ödəməklə onlayn, post terminal və ya nəğd şəkildə həyata keçirir.

Bundan əlavə Bakı Sığorta Şirkətinin sığortaçıları onlara təklif olunan  müəyyən təkliflərdən da  yararlana bilərlər. Məsələn, avtomobil qəzası baş verdikdə biz müştəri evakuatorla da təmin oluna bilər, onlara Dövlət Yol Polisindən sənədlərin yığılmasında köməklik, ödənişsiz hüquqi məsləhət xidməti də göstərilir. Ən əsası isə budur ki, həmin sığortaçıya qəzadan sonra onun avtomobili təmir olunarkən ona əvəzedici bir avtomobil də təklif olunur. Əvəzedici avtomobilin verilməsi müddəti isə  müştəridən asılı olaraq dəyişir. Yəni, bu müddət fərdi müştərilər üçün 14 gündür.  Korporativ müştərilər üçün isə bu müddət avtomobilin tam təmir müddəti bitənədək davam edir.

Bəs nə zaman faiz dərəcəsi 0% olur?

Əgər götürdüyünüz pulları 45 gün  ərzində geri ödəsəz,  sizin heç bir faiz xərciniz olmur.

Bu kartın maliyyə tərəfidir. Və ən əsası da kartın ən böyük üstün cəhətidir.

Turbo KASKO nə deməkdir?

 “Kasko”  sözün sadəcə  “Bakı Sığorta ilə” biləşdirilib. Məqsəd isə  “kasko”-nu ən mükəmməl şəkildə müştərilərə təqdim etməkdir.

Turbo KASKO özündə aşağıdakıları birləşdirir

  • Hadisə zamanı  (hamımızdan uzaq) hadisə yerinə pulsuz evakuatorun çağırılması;
  • Pulsuz hüququ xidmət;
  • Azərbaycanın ən öndə gedən servis mərkəzi olan “Group Motors” servis mərkəzində təmir;
  • Təmir prosesinin təfərrüatları ilə bağlı insanların məlumatlandırılması (maşınlar hansı vəziyyətdədir, nə vaxt təhvil veriləcək və s.).

2014-cü ildə isə müştərilərə Turbo kasko ilə əlaqədar  digər yeniliklər də, yəni əlavə xidmətlər təklif olunacaq. Bundan əlavə,  2014-cü ildə Turbo kart layihəsi ilə paralel olaraq mənzil sığortası layihəsi də olacaq. Yeni təqdim olunan  mənzil sığortasından faydalanan müştərilər sığorta haqqını ödəyəndən sonra  ödədikləri sığorta haqqının  3 misli qədər kredit əldə edəcəklər. Və eynilə Turbo kaskoda olduğu kimi  bu mənzil sığortasında da  müştərilərə pulsuz xidmətlərdən  istifadə etmək şansı təqdim olunacaq. Məsələn, mənzilinizi Bakı Sığorta şirkətində sığortalamısınız. Və birdən hər hansı bir bədbəxt hadisə, yanğın və s. baş verib. Bu zaman şirkət tərəfindən müştəri tam pulsuz olaraq  əvəzedici mənzillə, ev əşyalarının  daşınması  üçün nəzərdə tutulan yük taksisi ilə, hüquqi məsləhətlə təmin olunacaq.  Bundan başqa isə müştəriyə FHN-dən müəyyən sənədlərin toplanmasında köməklik göstəriləcək.

Son xəbərlər
Digər xəbərlər