28 C
Baku
Saturday, July 27, 2024

Turistlər bank kartları ilə yanvar ayında 188 mln. manat xərcləyiblər

Azərbaycana gələn əcnəbilər bank kartları ilə 2024-ci ilin yanvar ayında  188 milyon manat həcmində pul xərcləyiblər.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, bu da 2023-cü ilin dekabrı ilə müqayisədə 7% az, həmin ilin yanvarı ilə müqayisədə 9.6% çoxdur.

Belə ki, dekabrda 202.8 mln. manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 171.6 mln. manatlıq əməliyyatlar aparılmışdı.

Yanvarda ümumi əməliyyatların həcmi  6.34 mln. ədəd olub.

Xarici bankların ödəniş kartları Min əməliyyat Mln. manat
CƏMİ                            6,319.5                               188.0
Visa                            4,550.8                               118.5
MasterCard                            1,763.4                                 67.8
American Express                                   2.4                                   0.6
Diners Club                               0.002                             0.0002
UnionPay                                   2.9                                   1.1
Digər sistemlər                               0.003                             0.0001

 

 

Son xəbərlər
Digər xəbərlər