21 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Turistlərin bank kartları ilə ödənişlərində kəskin artım olub

Screen Shot 2021 09 02 at 14.34.20

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin avqust sayında deyilir.

Bu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların sayının 10,6 faiz artmasına paralel olaraq onların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, 2019-cu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 134,6 milyon manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 7 faiz artıb. Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 725,4 milyon manat təşkil edib.

11 1

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər