20 C
Baku
Thursday, October 9, 2025

Turistlər Azərbaycanda öz ölkələrinin tətbiqi ilə ödəniş edə biləcəklər

Turistlər Azərbaycanda öz ölkələrinin tətbiqi ilə ödəniş edə biləcəklər.

Bunu Azərbaycan Mərkəzi Bankının məhsul meneceri Emil Ağcayev “Bakı Fintex Forum-2025”də çıxışı zamanı deyib.

AZ-QR standartının beynəlxalq normalara əsaslandığını deyən E.Ağcayev diqqətə çatdırıb ki, bu standartın əsas üstünlüyü müxtəlif bank və fintex sistemlərində problemsiz işləyə bilməsidir.

“AZ-QR beynəlxalq standartlara uyğun hazırlandığı üçün digər ölkələrin QR ödəniş sistemləri ilə asan inteqrasiya olur. Bu isə o deməkdir ki, Türkiyə və ya Qazaxıstanla inteqrasiyamız olarsa, həmin ölkədən gələn turistlər öz bank tətbiqləri ilə Azərbaycanda QR ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər”, – deyə E.Ağcayev bildirib.

O əlavə edib ki, bu praktika artıq Asiya ölkələrində geniş yayılıb və ölkələr bir-birinin QR sistemlərini tanıyır, dəstəkləyir: “Azərbaycan da bu istiqamətdə irəliləyərək fintex sahəsində beynəlxalq inteqrasiyanı hədəfləyir”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər