Azərbaycana gələn əcnəbilər bank kartları ilə 2024-ci ilin yanvar ayında 188 milyon manat həcmində pul xərcləyiblər.
Banker.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata əsasən, bu da 2023-cü ilin dekabrı ilə müqayisədə 7% az, həmin ilin yanvarı ilə müqayisədə 9.6% çoxdur.
Belə ki, dekabrda 202.8 mln. manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 171.6 mln. manatlıq əməliyyatlar aparılmışdı.
Yanvarda ümumi əməliyyatların həcmi 6.34 mln. ədəd olub.
Xarici bankların ödəniş kartları | Min əməliyyat | Mln. manat |
CƏMİ | 6,319.5 | 188.0 |
Visa | 4,550.8 | 118.5 |
MasterCard | 1,763.4 | 67.8 |
American Express | 2.4 | 0.6 |
Diners Club | 0.002 | 0.0002 |
UnionPay | 2.9 | 1.1 |
Digər sistemlər | 0.003 | 0.0001 |