21 C
Baku
Sunday, May 11, 2025

Turistlər ilin ilk iki ayında Azərbaycanda 402.35 milyon manat xərc çəkiblər

Azərbaycana 2025-ci ilin ilk iki ayında səyahət edən əcnəbilər sayı 338 554 nəfər olub və bu da illik müqayisədə 0.1% azalmadır.

Banker.az xəbər verir ki, səyahət edənlərin 65.7 faizi və ya 222 391 min nəfəri turizm məqsədi ilə səyahət ediblər.

Bununla belə, əcnəbilərin ölkəmizdəki xərcləri illik müqayisədə 2 faiz artımla 402.35 milyon manat təşkil edib. Xərclərin 184.8 min manatı nəqliyyat, 84.4 min manatı yerləşmə, 73.4 min manatı qidalanma, 2.3 min manatı mədəniyyət və 170.6 min manatı turizm zərfinin alınması ilə əlaqədar olub.

Yanvar-fevral ayında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin turizm məqsədilə çəkdikləri xərclərin bölgüsü – TOP 10 ölkə
Ölkə 2025-ci il 2024-cü il İllik müqayisə
1 Rusiya Federasiyası   92,999.7    116,107.2 -20%
2 Hindistan   65,791.3      53,011.1 24%
3 Türkiyə   46,337.8      34,970.5 33%
4 BƏƏ   20,294.0      23,108.5 -12%
5 Səudiyyə Ərəbistanı   18,917.8      22,697.1 -17%
6 Pakistan   18,115.1      15,366.3 18%
7 Qazaxıstan   14,049.5      12,688.3 11%
8 Küveyt   12,785.2      16,638.7 -23%
9 Gürcüstan   11,749.9      10,530.3 12%
10 İsrail      7,921.2        2,318.1 242%

345343434

Son xəbərlər
Digər xəbərlər