Azərbaycana gələn turistlərin sayının ötən il artması onların ölkə ərazisindəki xərclərini də artırıb.
Banker.az xəbər verir ki, səyahət məqsədi ilə Azərbaycana gələn turistlər 2023-cü ildə 2 mlrd. 439.2 mln. manatlıq xərc çəkiblər.
Bu da xərclərin illik müqayisədə 1 mlrd. 99.05 mln. manat və ya 82 faiz artmasıdır.
Turistlər ümumi xərclərin 1 mlrd. 45.28 mln. manatını nəqliyyata, 482.01 mln. manatını yerləşməyə, 511.84 mln. manatını qidalanma, 11.34 mln. manatını isə mədəniyyətə xərcləyiblər.
Ən böyük xərclər çəkən turistlər Rusiya, Hindistan və Türkiyədir.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycana 2.09 mln. əcnəbi səfər edib, bunun 1.4 mln. nəfəri turizm məqsədi ilə gəlib.