Mercer Human Resource konsaltinq qrupunun versiyasına əsasən, bu il turistlər üçün ən bahalı şəhər Honqkonqdur. Şəhər 2013-cü ildən bu reytinqə liderlik edən Angola paytaxtı Luandanı geridə qoyub və o reytinqdə ikinci pillənin sahibi olub.
Zürih və Sinqapur keçən ilki göstəricilərini qorunuş, 3 və 4-cü pillə ilə kifayətlənmişlər. Tokio şəhəri isə 11-ci pillədən 5-ci pilləyə yüksəlmişdir.
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa ilk dəfə olaraq əcnəbilər üçün ən bahalı şəhərlər reytinqində yer almış və 6-cı pillədə qərarlaşmışdır.
Bununla yanaşı, ilk 10-luğa Şanxay, Cenevrə, Ndjamena və Pekin daxildir.
Turistlərin yaşaması üçün isə ən ucuz şəhərlər bu il Namibiyanın paytaxtı Vindxuk, Keyptaun və Bişkek olmuşdur.
Son bir il ərzində London şəhəri 5 pillə enərək 17-ci yerə sahib olmuşdur. Bununla yanaşı, Mercer agentliyinin reytinqində alman şəhərləri olan Münhen 77-ci, Frankfurt 88-ci, Düsseldorf isə 107-ci pillədədir.
Buenos-Ayres isə Cənubi Amerikanın ən bahalı şəhəri olaraq qalmaqdadır. Baxmayaraq ki, şəhər 22 pillə enərək 41-ci pillədə yer almışdır.