Bolqarıstan paytaxtı Sofiya dünyada turistlər üçün ən sərfəli səyahət istiqaməti elan edilib.
Banker.az saytı Britaniyanın The Daily Star qəzetinə istinadən xəbər verir ki, Hoppa saytının ekspertləri bu nəticəyə gəlib. Bu ekspertlər qida, spirtli içki və gecələmək üçün sərf edilən məbləğ də daxil olmaqla, bir neçə kriteriya üzrə 84 ölkəni təhlil edib.
Şirkətin mütəxəssisləri belə nəticəyə gəlmişlər ki, Sofiya şəhərində istirahət iki səyahətçiyə təqribən 46,7 dollara başa gələcək. Bu məbləğə oteldə bir gecə, nahar, 1 şərab şüşəsi, qəhvə, kokteyl və pivə, həmçinin taksi ilə səfər daxildir.
Avropalı ölkələri içərisində sərfəli istiqamətlər siyahısına Buxarest (4-cü yer), Antalya (5-ci yer), Kiev (7-ci yer) və Slima (Malta, 10-cu yer) şəhərləri daxil olub.