5 C
Baku
Saturday, December 27, 2025

Turistlər üçün ən təhlükəsiz ölkələrin adları elan olunub

Finlandiya turistlər üçün ən təhlükəsiz ölkə elan olunub. “TASS” agentliyinə istinadən xəbərə görə, bu barədə Ümumdünya iqtisadi forumu ekspertlərinin səyahət və turizm sahəsində rəqabətlilik üzrə hazırladıqları sənəddə deyilir.

İki ildən bir tərtib olunan reytinq ölkədə baş verən cinayət sayını, o cümlədən zorlama, terror təhlükəsi, həmçinin yerli polis əməkdaşlarının təmin etdiyi təhlükəsizliyi nəzərə alır.

Təhlükəli Yaxın Şərq ərazisində yerləşməsinə baxmayaraq siyahıda ikinci yerdə Qətər, üçüncü yerdə Birləşmiş Ərəb Əmirlikləri yerləşir. İlk onluqda digər yerləri İslandiya, Avstriya, Lüksemburq, Yeni Zelandiya, Sinqapur, Oman və Portuqaliya tutur.

Report

Son xəbərlər
Digər xəbərlər