10 C
Baku
Thursday, December 12, 2024

Turistlərdən vergi alınacaq

31 martdan etibarən Dubayda turistlərdən vergi alınacaq və Dubay yığılan bu vergilərin köməkliyi ilə EKSPO-2020 beynəlxalq sərgisini qisməndə olsa maliyyələşdirməyi planlaşdırır. Bu əmri isə Dubay şeyxi Hamdan Bin Mohammed Bin Rashid Al Maktoum vermişdir. Turistlərin yerləşmə növündən asılı olaraq ölkədə bir gecə qalmağa görə turistlər 7-dən 20 dirhəmə qədər (1,9 dollardan 5,5 dollara) vergi ödəməli olacaqlar. Bundan başqa, Dubayda mehmanxanaların daimi sakinlərindən nömrələrin dəyərindən əlavə 10 faizlik bələdiyyə və xidmətə vergisi də alınacaq.

Turist vergisi Dubay otellərində, müvəqqəti mehmanxanalarda, qonaq evlərində və icarəyə götürülmüş evlərdə qalan bütün turistlərdən alınacaq. Bu yaxınlarda Dubayın Turism departementi və kommersiya marketinqi departamentinin baş icraçı direktoru bildirmişdi ki, EKSPO üçün infrastrukturun yaradılması və ölkədə 6 ay davam edəcək tədbirinin həyata keçirilməsi üçün təqribən 6,5 milyard avro tələb olunur.

Onun sözlərinə görə, bu məbləöin əsas hissəini dövlət və əcnəbi investorlar təşkil edəcək. Lakin bununla belə tədbirin maliyyələşməsinin bir hissəsi turizm sektorundan əldə edilmiş vergilər sayəsində həyata keçiriləcək. Departamentdən verilən məlumata görə, 2020-ci ildə Dubaya EKSPO ziyarətçilərini qonaq etmək üçün 140-dan 160-a qədər otel otağı lazım olacaq. Hazırda isə Dubayda 600-dən çox mehmanxana var.

Son xəbərlər
Digər xəbərlər