2023-cü ilin birinci rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 34.3% artaraq 427.2 mln. dollar təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin ilk rübünə dair Tədiyə Balansında bildirilir.
Hesabat dövründə turizm xidmətləri üzrə idxalın 215.9 mln. dollar (Azərbaycandan xaricə gedib pul xərcləyən vətdəndaşlar) və ixracı isə 211.3 mln. dollar (Azərbaycana gəlib pul xərcləyən turistlər) olub. Beləliklə, idxalın ixracı üstələməsi nəticəsində 4.6 mln. dollar həcmində kəsir yaranıb. Qeyd edək ki, 2022-ci ilin eyni dövründə turizm xidmətləri balansında 75.5 mln. dollar kəsir var idi və beləliklə, kəsir illik müqayisədə 94% azalmadır.
2022-ci ilin I rübündə qarşılıqlı turizm xidmətləri üzrə idxalın 196.8 mln. dollar, ixracı 121.3 mln. dollar olmuşdu.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 20.2%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 49.8% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 215.9 mln. dollar olub. Bunun 61%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).