Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk ayında da davam edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin fevral sayı təqdim edilib.
2021-ci ilin yanvar ayında dünyanın 105 ölkəsindən Azərbaycana 36.1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6.3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutan səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Nəticədə, 2021-ci ilin yanvar ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25 milyon manat təşkil edib. Öncəki ildə 85.2 milyon manat idi.