Çoxsaylı səyahətçilərin şikayətləri sayəsində turistlərin sevmədikləri şəhərlərin reytinqi təşkil edilmişdir. Nəticədə qara siyahıya 10 meqapolis daxil edilib. Turistlərin şikayətlərini bir yerə toplayan A Luxury Travel Blog turistik portalının reytinqində ilk pilləni Paris şəhəri tutmuşdur. Turistlərin fikrincə bu romantika, dəb və nəzakətli ofisiantlar şəhərində insanlar çox kobud, küçələr çirkli, Luvr muzeyində isə növbələr çox uzundur.
Reytinqdə ikinci yerdə Meksikanın Tixuana şəhəri yer alıb. Bu şəhər cinayətkarlıq səviyyəsi, əhali arasında yayılmış müxtəlif xəstəlik və ABŞ ilə sərhəddə narkotiklərin ətraflı yoxlanmaması səbəbi ilə turistləri qorxudur.
Bundan əlavə reytinqin üçüncü pilləsində Dehli yer almış, Sidney və Melburn isə dördüncü pilləni bölüşdürmüşlər. Reytinqin ilk 5-liyini Los-Ancelos tamamlayır. Turistlər bu şəhəri məhz turistlərin çoxluğu səbəbindən sevmirlər. Digər şikayətlər arasında tıxaclar, duman və səs-küy də var. Reytinqdə yer almış Beliz şəhəri isə öz zəif infrastrukturu, yoxsulluğu, cinayətkarlığı və narkotik ticarəti sayəsində turistlərin nifrətinə səbəb olub.
Perunun paytaxtı Limanı isə turistlər eybəcər və darıxdırıcı adlandırır. Eyni zamanda şəhər elə də təhlükəsiz deyil və şəhər üzərində qatı duman var. Malidə yerləşən Timbuktu şəhəri isə səyahətçiləri hədsiz isti, qum bolluğu, ticarət mərkəzinin və turistlər üçün attraksionların olmaması ilə bezdirir.
Qahirə şəhərində isə havanın çirklənməsi səviyyəsi yüksəkdir. Yollarda isə sonsuz tıxaclar və təhlükəli sürücülər var. Reytinqi isə İndoneziyanın Cakarta şəhəri tamamlayır. Burada turistlər adətən sadəcə digər reysə keçmək üçün dayanırlar. Turistlərin bu şəhəri sevməməsinin bir səbəbi də ətraf mühitin çox çirkli olması və yoxsulluqdur.