22 C
Baku
Friday, April 26, 2024

Turistlərin tez-tez düşdüyü tələlər

Hansı bələdçi kitabçasına diqqət yetirsək görərik ki,  dünyanı elə təsvir edirlər ki, sanki bütün aləm gözəl mənzərəli bir tablodur. Bəs əslində məsələ nə yerdədir?  Bu cür «tələlər» turistlər üçün ölümə və vergilərə bərabərdir. Götürək, Azərbaycana, Bakıya ilk dəfə gəlmiş turistləri, heç olar ki, Bakıya birinci dəfə gələsən və məşhur Qız Qalasını görməyəsən, ya da yolun Moskvaya düşsün və sən Kreml sarayına baş çəkməyəsən, eləcə də Parisə gedib Eyfel qülləsində olmamaq günah olar. Insanlar gedir, giriş bileti alır, hətta saatlar ilə növbələrdə dayanır və qayıdanda da qohumlar və dostlar üçün suvenir almaq lazım gəlir. Amma əgər bəzi sirlərdən agah olsanız, onda dünyanın ən maraqlı görməli yerlərinə baş çəkərkən əsəbləriniz və pul qabınız da  daha az zərər görmüş olacaq.  

Böyük Çin Səddi, Çin

chin%205

 Çin səddini görməmək bu Səmavi ölkədə olmamağa bərabərdir. Buna görə də bitmək-tükənmək bilməyən turistlər üçün olan avtobus zənciri Pekindən Badalin şəhərinə qədər uzanır, bu Böyük Çin Səddinin Pekinə ən yaxın olan ərazisidir. Müxtəlif rəngarəng sıralara düzülmüş iri turist qrupları qədim daş yollar üzərində hərəkət edir, ətrafda isə səndən heç cür əl çəkmək bilməyən və satdıqları malı sənə sırımağa çalışsan yerli əhali, onlar demək olar ki, sənə hər şey təklif edir: panda-şapkalarından tutmuş, müxtəlif populyar brendlərdən olan yol çantalarına qədər. Sonu görünməyən pilləkənlərlə qalxmaqdan bezmisiniz?  Indi isə kəndə düşmək məcburiyyətindəsiniz: burada sizin ixtiyarınızaa daha böyük miqdarda ala biləcəyiniz lazımsız əşyalar çeşidi təqdim olunacaq.

Məsləhət:

Badalin böyük Çin səddini görməyin mümkün olduğu yeganə yer deyil. Bəlkə Simatai və Jinşanlinq rayonlarında ucqar və restavrasiya olunmamış ərazilərə getməyə daha çox dəyər?

Venetsiya, İtaliya

venessiya%201

Venetsiya dünyanın ən çox ziyarət olunan şəhərlərdən az qala ən birincisidir: Venetsiyanı hələ o tam batmamışdan öncə görmək istəyən turistlərin sayı adətən yerli əhalinin sayından 333 dəfə çox olur. Əgər siz şimali İtaliyada olsanız, çətin ki özünüzü yağış saraylarını və əsrarəngiz kral mülklərini seyr etmək kimi tamahından saxlaya biləsiniz, əlbəttə ki, çox pis qoxusu olan kanallarda venetsiya qayıqları ilə üzmək də sizin ürəyinizdən keçəcək.

Məsləhət:

Səfəri italyanlar üçün ənənəvi istirahət vaxtlarına və iyun, iyul, avqust aylarına planlaşdırmaq məsləhət görülmür. Bu zaman bütün şəhər monoton insan kütləsinə çevrilir. Əsl Venetsiyanı yalnız mövsümdən kənar vaxtda görmək mümkündür. Bu şəhərə getmək üçün ən ideal vaxt noyabr ayıdır, bu zaman yerə çökən sehrli duman gözəl mənzərəli küçələrin üstünü əsrarəngiz bir örpəklə örtür. Bir də, yalnız bu ay ola bilər kis, siz ən məşhur muzeylərə bilet əldə etmək üçün sutkalar ilə növbədə gözləmək məcburiyyətində qalmayasınız.

Ratskeller, Münxen

Yeni Ratuşada yerləşən, ənənəvi Bavariya zirzəmi restoranı ziyarət etmək demək olar ki, Münxen ilə bağlı bütün bələdçi kitablarında turistlərə məsləhət görülür. Tipik pivəxana atmosferi, bir litrlik camlarda pivə gətirib-aparan gözəl alman xanımları, freskalar ilə bəzənmiş gözəl tavanlar və əlbəttə turistlər üçün çox rahat olan ingiliscə yazılmış və illüstrasiyalar ilə verilmiş menyular – bütün bunlar Marienplats ərazisində şəhərin tam mərkəzində yerləşir. Əgər siz Münxenə getsəniz gec-tez kolbasalar, qızardılmış donuz əti sizin meylinizi çəkəcək və ürəyinizdən əsl çəllək pivəsinin dadına baxmaq keçəcək, bir də gözünüzü açıb görəcəksiniz ki, siz artıq Ratskellerdəsiniz.

Məsləhət:

Şəhərin istənilən bir rayonunda olduqda ətrafınıza göz gəzdirin. Münxenin zirzəmi restoranlarının əksəriyyətində gözəl pivə çeşidi və qeyr-adi abı-hava, özünəməxsus ortama rast gəlmək olar. Əgər həqiqətən də tarixi bir mühitinşahidi olmaq istəyirsinizsə, onda Xofbroyxause- saray pivəxanasının keçmiş nəhəng zallarında ola bilərsiniz. Əlbəttə bu müəssisə də turistlər üçün nəzərdə tutulub, amma əvəzində bu həqiqi, əsl «Oktoberfest» ruhunu ötürə bilir və əlbəttə ki iri oduncaq masalar ətrafında hamıya, bütün arzu edənlərə oturmağa yer tapılar.

Nyu-York, ABŞ

nyu york

Yeni dünyaya baş çəkən istənilən bir turist üçün Nyu-York limanı boyunca səyahət etmək artıq mütləq bir vərdişə çevrilib. Nil və Sena boyu kruizlər kimi, bu turlar da son dərəcə maraqlı və informasiya baxımından olduqca zəngindir. Bu həqiqətən də eyni vaxtda həm şəhərin tarixi, həm də coğrafiyası ilə tanış olmağın əla üsuludur, həmçinin də buradan Azadlıq Heykəlinə çox gözəl, təsirləndirici mənzərə açılır.

Məsləhət:

Adətən turistlər Circle Line gəmilərini seçir və onun skamyalarında sanki metrodakı kimi əyləşirlər. Əgər siz azacıq daha çox pul xərcləməyə razısınızsa, onda bu səyahəti daha əyləncəli və sizin üçün daha ürəyə yatımlı şəkildə keçirmək olar- ötən əsrin əvvəllərinə aid yelkənli qayıqda. Siz uzun-uzadı növbələrdən uzaq olmaq üçün ucuz nəqliyyatdan istifadə etmək qərarı vermisinizsə, onda biletləri onlayn sifariş edin

London Tauer, Böyük  Britaniya

london%202

Tarix bizimlə zarafat etməyi sevir: bir vaxtlar siyasi məhbuslar və ya müəyyən səbəb üzündən Britaniya sarayının narazılığına bais olmuş insanlar hər şeylərindən vaz keçərdi ki, bu qalanın zülmət dolu divarlarından canlarını qurtara bilsinlər. Indi isə əksinə, insanlar bu divarların arasında düşmək üçün istənilən bir məbləğdə pul ödəməyə hazırdırlar.

Məsləhət:

Ən çox intriqa doğuranvə heyrətləndirici səhnə isə -bir neçə əsr bundan öncə bu həbsxananın divarları arxasında nə baş verdiyini anlamaq üçün aparılmış tarixi konstruksiya işləridir. Amma əsl qədimi mərasimdə iştirak etmək qat-qat daha maraqlıdır, bu mərasimlər artıq 700 ildir ki, hər gün keçirilir. Açarların təqdim olunma mərasimini görmək (The Ceremony of the Keys) istənilən bir turistə icazə verilir. Sadəcə iki ay (yayda isə üç ay) öncə poçtla müraciət məktubu göndərmək lazımdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər