15 C
Baku
Saturday, April 20, 2024

Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – Rəsmi

Koronavirus pandemiyası dövründə turizm sahəsi üzrə çalışan sahibkarlara verilən məbləğ açıqlanıb. Bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, bu dövrdə dövlət hotellərdə, obyektlərdə dezinfeksiya və digər xərcləri nəzərə alıb və şirkətlər üçün güzəştlər edir:

“Mayın 15-dək hotelçilər və turizmçilər işçilərin maaşlarını vermək üçün dövlətdən 7 milyon 500 min manatdan çox yardım alıblar. Dövlət milyonlarla pul xərcləyib ki, turizmçilərə dəstək olsun”.

K.Quluzadə qeyd edib ki, turizm sahəsinə dəyən ziyan uzunmüddətli olacaq:

“Dəstək üçün yeni mexanizmlər axtarırıq. Onu deyə bilərəm ki dünya turizmi bir-iki ilə tam olaraq formalaşacaq”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər