Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinə yeni üzv seçilib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinə yeni üzv seçilib.

“PASHA Travel” şirkətinin Baş İcraçı Direktoru Çingiz Mürsəlov ATAA-nın İH-nin üzvü olub. Bununla bağlı qərar Assosiasiyasının İdarə Heyətinin toplantısında verilib.

Qeyd edək ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası 2019-cu il mart ayının 28-də təsis edilib və fəaliyyətə başlayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər