2021-ci il ərzində Azərbaycanın turizm xidmətləri üzrə idxalı $0.6 mlrd. olmaqla (ölkə rezidentlərinin xaricdə pul xərcləməsi), ixracı isə $0.3 mlrd. olub (və ya əksinə).
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilir.
İdxalın ixracı üstələməsi nəticəsində turizm xidmətləri balansında $0.3 mlrd. həcmində kəsir yaranıb.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16.3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 0.5% azalmışdır.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi $561.6 mln. olub. Bunun 87%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).