17 C
Baku
Wednesday, September 17, 2025

Turizm balansı 6 ayda 194 mln. dollarlıq profisit verdi

2025-ci ilin 6 ayında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.1% artaraq 1.7 mlrd. dollar təşkil edib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (946.4 mln. dollar) idxalı (752.1 mln. dollar) üstələməsi nəticəsində 194.3 mln. dollar həcmində profisit yaranmışdır.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.1% azalmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 752.1 mln. dollar olmuşdur. Bunun 77.4%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Son xəbərlər
Digər xəbərlər