14 C
Baku
Monday, November 11, 2024

“Turizm haqqında” qanuna dəyişiklik edildi

Turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyət növləri müəyyənləşir.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Turizm haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilib:

– kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət;

– iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;

– tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət;

– “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət.

Son xəbərlər
Digər xəbərlər