13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Turizm obyektlərinin planlaşdırılması zamanı yeni şərtlər müəyyən edilib

faizlere

Azərbaycanda turizm sənayesi nümayəndələrinə turizm obyektlərinin planlaşdırılması zamanı bioloji müxtəlifliyin qorunmasıın təmin edilməsi tövsiyə olunub.

Bu tövsiyə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan, tövsiyə xarakterli “Turizm sənayesi nümayəndələrinin etik kodeksi”ndə öz əksini tapıb.

Sənədə əsasən, Azərbaycandakı turizm infrastrukturu obyektləri və turizm fəaliyyəti növlərini elə şəkildə planlaşdırmaq lazımdır ki, ekosistemlər və bioloji müxtəlifliyi təşkil edən təbii irsin qorunması təmin edilsin.

Bununla yanaşı, yoxa çıxmaq təhlükəsi altında olan vəhşi fauna və flora növləri mühafizə edilsin. Turizm prosesinin iştirakçıları və xüsusi olaraq, turizm sahəsinin peşəkarları təbii parklar və ya mühafizə olunan qoruqların yaradılması üçün münasib olan səhra zonaları, qütb və yüksək dağlıq rayonlar, sahil zonaları, tropik meşələr və rütubətli zonalarda həyata keçirilən fəaliyyətlə bağlı müəyyən məhdudiyyət və sərhədlərin müəyyən edilməsi ilə razılaşmalıdırlar.

©Trend

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər