11 C
Baku
Wednesday, November 13, 2024

“Turizm sektorunda sağlam rəqabət tam təmin olunmayıb”

Azərbaycanda turizm sektorunda əldə edilən uğurlarla yanaşı, hələ də həllini tapmayan məsələlər var.

Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın IV Assambleyasında deyib.

O bildirib ki, turizm sektorunda hazırda sağlam rəqabət tam təmin olunmayıb ki, bunun da müəyyən səbəbləri var: “Azərbaycanda bəzi şirkətlərin qeydiyyatsız fəaliyyət göstərməsi, viza alınması prosesi zamanı düzgün olmayan fəaliyyət, qeyri-rəsmi çalışan bələdçilər turizm sektorunda sağlam rəqabətin tam təmininə çətinliklər yaradır”.

O qeyd edib ki, ATAA bu istiqamətdə bir sıra görüşlər keçirib, müzakirələr aparıb: “Mövcud problemlər diqqətə çatdırılıb. Biz bundan sonra da bu məsələlərin həlli üçün fəaliyyətimizi davam etdirəcəyik”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər