Elektron turist vizasının verilməsi hüququnu əldə etmək istəyən turizm şirkətlərinin işi asanlaşacaq.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası” təsdiq edilib.
Bu yeni qayda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanmış və turistlərə elektron viza hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsini təmin edir.
Qeyd olunanlara əsasən, Turizm şirkətləri tərəfindən akkreditasiyadan keçmək üçün müvafiq ərizə və tələb olunan sənədlər Nazirliyin Turizm şöbəsinə təqdim oluna bilər.
publika.az