23 C
Baku
Monday, September 16, 2024

Turizm şirkətləri böhran içində – Bəs dövlət onlara nə köməklik edib?

Koronavirus (COVID-19) pandemiyası səbəbindən dünyada və eləcə də Azərbaycanda son 4 ayda iqtisadiyyatın aparıcı sahələrdən biri hesab olunan turizm sektoru öz tənəzzül dövrünü yaşayır. Bir sıra turizm şirkətləri fəaliyyətini dayandırıb, müştəri sifarişləri ləğv edilib, hava reysləri təxirə salınıb. Bunlarla yanaşı, hazırda yerləşdirmə müəssisələri ziyanla işləyir, restoran və kafelərdə müştərilərin sayı kəskin azalmaqdadır.

Ölkəmizdən xaricə gedənlərin sayı ötən ilin ilk 5 ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı bu il 2,2 dəfə azalaraq 959 min nəfər olub. Eləcə də, 564 min və ya 1,9 dəfə az əcnəbi ölkəmizə səfər edib, bunu Dövlət Statistika Komitəsi də təsdiqləyir.

Azərbaycanda pandemiya səbəbindən tətbiq edilən xüsusi karantin rejmi səbəbindən artıq martın 19-dan bu günə qədər turizm şirkətləri heç bir qazanc əldə edə bilmir.

Ölkədə turizm şirkətlərinin əksəriyyəti çətin bir böhranla üz-üzə olduğu halda işçi heyəti, vergi və digər inzibati xərclərini ödəməkdədirlər. Bu şirkətlərin heç bir fəaliyyəti olmadğı halda, hökumətin “ixtisar etməyin” çağırışlarına əməl etməyə çalışırlar. Sahibkarlar öz ehtiyyatda olan vəsaitlərdən bu xərcləri qarşılamalı olurlar. Lakin, sahibkar üçün də bir hədd var, o həddə qədərdir. Səmimi anlaşılsa, heç də hər kəs öz cibindən şirkətin işçilərinin əməkhaqqı və gəlir olmadığı halda vergi ödəməkdə özünü borclu hiss etmir. Bu qazancların azalması fonunda ölkədə biznes mərkəzləri isə ard-arda mart, aprel və may ayının icarə ödənişləri üzrə aktları göndərməkdədirlər. Yəni, onlarda özlərinin borc və digər aylıq öhdəlikləri olduqlarını əsas gətirərək icarə haqlarını yığmağa çalışırlar.

Gələcək perespektivdə isə bu sektorun nələr gözlədiyini indidən dəqiq söyləmək bir qədər çətindir. Azərbaycanda dövlət rəsmiləri belə bunun nə vaxt tamamlanması və turizm üçün hansı mərhələdə bazarın açılacağı ilə bağlı “qeyri-müəyyən” çıxış edirlər. Bu tip şirkətlərin sahibləri qeyri-müəyyənlikdə ağıllı başlarının da itirdiklərini deyirlər. Bəllidir ki, pandemiyadan sonrakı dövrdə turistlər dərhal başqa ölkələri seçib ora səyahət etməkdən virus səbəbindən çəkinəcəklər.

Hökumət, şirkətlərə, o cümlədən ən çox zərər görmüş turizm şirkətlərinə ümumi olaraq aşağıdakı kimi dəstək olunacağı proqramda öz əksini bu şəkildə tapmışdı:

– şirkət işçilərinin əmək haqqlarının bir hissəsi – 712 manata qədər olan əmək haqqlarının tamamı – və DSMF xərclərinin bir hissəsi aprel və may aylarında şirkətlərə ödəniləcək;

– şirkətlərə dövlət təminatlı və dövlət dəstəkli uzun müddətli, az faizli, faizlərin müəyyən hissəsi dövlət tərəfindən qarşılanacaq biznes kreditləri veriləcək.

Banker.az bir neçə turizm şirkəti rəhbər və sahibləri ilə bununla bağlı sorğu keçirərək onların hökumətə bu istiqamətdə hansı tədbirlərin təklifini dinləyib.

Azərbaycanda 2013-cü ildən fəaliyyət göstərən “Casablanca Travel” şirkəti fəaliyyət göstərir. Şirkət direktoru Xəyal Həmidov qeyd edir ki, turizm şirkətlərinə sadəcə aprel ayı üçün ödəniş olunub.

“Ödəniş iki hissə şəklində həyata keçib. Biri aprel ayında, digəri isə may ayında. Ancaq iki ödənişin cəmi bir ayı ehtiva edir” – deyə X.Həmidov qeyd edir.

2005-ci ildə yaradılan “Turizm.Az” şirkətinin sahibi Murad Kərəmov ölkədə karantin rejiminin yenidən uzadılması məsələsinə şərhində qeyd edib ki, “birazdan işçilərimin üzünə baxmağa utanacam”.

“Bir tərəfdən deyilir ki, işçiləri işdən çıxarmayın, bir tərəfdən də karantinin vaxtı uzadılır. İşçilərim də ailə saxlayır. Onların gözü mənim əlimdə, mənim də ümidim dövlətimədir. Heç olmasa faizsiz kredit verin, başqa sektora yatırım edib komandamızı işlə təmin edək. Bir sahibkar nə qədər humanist olsa da, onun da şəxsi büdcəsinin bitdiyi an var. Biz – turizm şirkətləri axı kiçik və orta sahibkarıq. Milyoner deyilik. Yenə bilsək ki, bu hal 2 ay çəkəcək, dişimizi sıxıb şəxsi büdcəmizlə dözərik”, – deyə M.Kərəmov deyir.

“Casablanca” şirkətinin direktoru X.Həmidov hökumətin sadəcə olaraq pandemiyaya qarşı dövlət dəstək proqramında verdikləri sözü yerinə yetirmələrini istəyir. O, işçilərin əmək haqqlarının tamamı, DSMF xərclərin ödənilməsini, dövlət təminatlı və dövlət dəstəkli uzun müddətli biznes kreditləri verilməsini istəyir. Məsələn, 500 000 manatlıq illik 12 % ( 6%-ni dövlət qarşılayır) 10 illik güzəştli kreditlə təmin olunması və ilk iki ildə heç bir faiz ödənişinin olmamasını istəyir. X.Həmidov təklif edir ki, normallaşma başladıqdan sonra ilk iki il bütün vergilərdən azad olunması da bura daxildir.

Sahibkar Murad Kərəmovun təklifləri isə kredit üzrə gözəşt müddətinin 1 ilə qədər olmasını təklif edir. Təklifləri isə belədir:

  • İşçilərin maaşının 50%-i yox, 100%-i yardım edilsin və bunu 1 ay gecikməklə yox, vaxtında ödəsinlər ki, biz də vaxtında işçiyə verək. Çünki onların da ailə xərcləri gözləyə bilmir.
  • Təkcə fiziki şəxslərin yox, hüquqi şəxslərin də 2019-cu il ərzində ödədiyi vergini geri qaytarsınlar. Hal-hazırda yalnız fiziki şəxslərin vergisini geri qaytarıblar. Fiziki şəxs turizm şirkəti olmur. Olsa ya bələdçi xidməti göstərən şəxs ola bilər və ya öz şəxsi maşını ilə nəqliyyat xidməti göstərən sürücü. Biz 15-30 nəfər işçisi olan minlərlə hüquqi şəxslərə isə 2019-cu il ərzində verdiyimiz vergi geri ödənilməyib. Biz hüquqi şəxslərə də 2019-da ödədiyimiz vergi tam geri qaytarılsa, bu böyük kömək olar. Ən azından o pulla 1-2 illik icarə haqqlarımızı ödəyə bilərik.
  • Dövlət zəmanətli və güzəştli kredit istəyirik. Bu bank faizi dövlət tərəfindən ödənilən və əsas məbləği ən azı 1 ildən sonra ödənilməsi tələb olunan manat kredit növü nəzərdə tutulur. Yəni biz kredit götürüb 1 ay sonra onun ilk ödənişini edə bilmərik. Çünki bizim ödəmə qabiliyyətimiz ən azı 1 ildən sonra ola biləcək.
  • Heç olmasa işçilərin maaşına yardım verildiyi dövrdə DSMF, ödəmə mənbəyindən tutulan vergi və s tələb olunmasın. Onsuz da bu aylarda ödəmə qabiliyyətimiz yoxdur və bu borc kimi də bizə yazılmasın.

Adının açıqlanmasını istəməyən şirkət sahibi isə bildirir ki, dövlətdən istəyimiz heç olmasa vergi üzrə güzəştlərin tətbiq edilməsidir.

Son xəbərlər
Digər xəbərlər