15 C
Baku
Saturday, April 20, 2024

“Turizm və xidmət sahəsində sahibkarlar ciddi problemlə üzləşiblər”

“Sahibkarların düşdüyü ağır vəziyyətdən çıxması üçün müqavilə öhdəliklərinin yerinə yetirilməsində güzəştlər edilməsini, qanunvericilikdə epidemiyanın fors-major məqamlara aid edilməsini, vergi tətillərinin elan edilməsini vacib sayıram”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib. Ə. Məsimli deyib ki, vergi tətilləri çox qısa müddət üçün vacibdir.

Deputat R. Nurullayev bildirib ki, Azərbaycanda tibbə aid sahələrin inkişafına ehtiyac yaranıb: “İmişli rayonunda 400-ə yaxın tibbi personala ehtiyac var. Bu ehtiyacdan çıxış edərək deyirəm ki, Tibb Universitetinin bir sıra rayon və şəhərlərdə filialının açılması lazımdır”.

Millət vəkili Nigar Arpadarai də qeyd edib ki, sahibkarlar ciddi problemlə üzləşiblər: “Turizm və xidmət sahəsini təmsil edən sahibkarlar ciddi problemlə üzləşiblər. Yaranan vəziyyətdə sahibkarları dəstəkləməyin yolları ilə bağlı düşünməliyik”.

©APA

Son xəbərlər
Digər xəbərlər