21 C
Baku
Friday, July 1, 2022

Türkəminstan və Hindistan Azərbaycanın siyasi təcrübəsindən faydalana bilərlər

TÜRKMƏNİSTANIN yeni prezidenti Sərdar Berdiməhəmmədov dövlət başçısı seçildikdən sonra Aşxabadda ilk rəsmi qonağını – Hindistanın prezidenti Ram Nat Kovindı qəbul edib. Bu səfərin əhəmiyyəti nədir və Hindistan üçün Türkmənistan nədən bu qədər vacib ölkədir?

Dehlinin Mərkəzi Asiya ölkələrinə marağı artıb. Bu mənada Ram Nat Kovind Türkmənistanı Hinidtsan üçün vacib tərəfdaş adlandırıb. Prezidentlər Aşxabadda 4 memorandum imzalayıblar. Hindistan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyir və bu məsələdə müxtəlif dövlətlərin dəstəyinə ümidlidir. Sərdar Berdiməhəmmədov bu məsələdə hindli həmkarına dəstək vədi verib.

Türkmənistan illərdir neytral xarici siyasət həyata keçirir. Bu Hindistanın da maraqlarına uyğundur. Çünki ətraf ölkələr Çinlə əməkdaşlıqlarını strareji səviyyəyə qaldırdıqda bu Dehlinin narahatlığına səbəb olur. Dehlidə hesab edirlər ki, Pekin qonşu ölkələrlə strareji əməkdaşlıqdan Hindistana qarşı istifadə edə bilər. Sadəcə, problem ondadır ki, Çin Mərkəzi Asiya ölkələrinə gərəkli yatırımlar və ortaq layihələr təklif edir. Hindistan bu sahədə Çindən geri qalır. Ancaq Dehli son illər Pekindən bu geriləməni azaltmağa çalışır. Misal üçün Aşxabadda İran üzərindən Türkmənbaşı (Türkmənistan) – Çabahar (Hindistan) limanları arasında əlaqənin qurulması və bu istqimaətdə ticarətin artırılması yolları müzakirə olunub. Hindistan şimal-cənub layihəsinə qoşularaq Türkmənbaşı limanından istifadə etməyi planlaşdırır.

Aşxabadda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xəttinin tikintisi də müzakirə olunub. İqtisadiyyatı böyüyən Hindistanın əlavə qaza ehtiyacı var. Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, bu boru xətti tikilərsə Türkmənistanın Rusiya və Çinlə yanaşı Hindistana da birbaşa qaz nəql edə biləcək.

“Bu boru xəttinin istifadəyə verilməsi bölgədə gərginliyin azalmasına da müsbət təsiri olacaq. Əfqanıstan tranzit ölkəyə çevrilməklə boru xəttindən gərəkli maliyyə əldə edəcək, Pakistanla Hindistan arasındakı münasibətlərdə əməkdaşlıq artacaq”- deyə, politoloq vurğulayır.

gas 1

Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xətti ilə ildə 33 milyard kubametr qazın nəqli nəzərdə tutulub. Boru xətti Əfqanıstanın Herat və Kandahar, Pakistanın Kvetti və Multan şəhərlərindən keçərək Hindistanın Fazilka şəhərinə qədər uzanacaq. Türkmənistan öz ərazisində lazımi çalışmaları yekunlaşdırıb, Əfqanıstan ərazisində ləngimə var. Hindistan prezidenti boru xəttiylə bağlı texniki məsələlərin ekspertlər səviyyəsində müzakirəsini təklif edib. Şahinoğlu bu məsələyə şərh verərkən bunu da deyir ki, əslində bu məsələdə Azərbaycanın təcrübəsindən istifadə oluna bilər.

Rəsmi Bakı Avropaya uzanan TAP boru xəttiylə bağlı bir neçə il əvvəl Cənub Qaz Dəhlizi Məşvərət Şurasını təsis etdi. Boru xəttinin tikintisi və ondan sonrakı dövrdə hər il Bakıda boru xəttinin keçdiyi ölkələrin enerji nazirləri bir araya gələrək qazın nəqliylə bağlı məsələləri, o cümlədən nəqlin artırılması imkanları müzakirə etdilər. Bu ilin fevralın 22-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi.

“Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xətti çərçivəsində də boru xəttinin keçdiyi ölkələrin oxşar Məşvərət Şurasının yaradılmasına ehtiyac var. Bu boru xəttinin keçdiyi ölkələr arasında siyasi dialoqun inkişafına da təkan verərdi”- deyə, E.Şahinoğlu qeyd edir.

Son xəbərlər
Oxşar xəbərlər